Biography:
İlqar Xəyal (15 sentyabr 1966, Bakı) — Azərbaycanlı müğənni, televiziya aparıcısı və Karvan qrupunun keçmiş solistidir.
1966-cı il sentyabr ayının 15-də Bakıda anadan olmuşdur. İlqar Xəyal orta təhsilini 190 nömrəli orta məktəbdə, ali təhsilini isə Azərbaycan Texniki Universitetində almışdır. Tar üzrə musiqi təhsili vardır. Gənclik illərindən müasir musiqiyə və geyimlərə meyl göstərmişdir. "Bakı payızı" müsabiqəsinin birincisi olandan sonra 1988-ci ildə Sevinc Kərimova İlqarı "Karvan" qrupuna dəvət elədi və o zaman "Qərib Durnalar" mahnısı təqdim olundu. "Karvan" qrupu daxilində isə ilk mahnısı "Sarı Güllər" oldu. Bu mahnıya çəkilən klip Azərbaycanda çəkilən ilk rəsmi klip idi.
1990-cı illərin əvvəlində məşhur Karvan qrupunun tərkibində məşhurlaşmışdır.
Ailəlidir, üç oğlu var.