Biography:
İosif Zusyeviç Tkaç (13 iyul 1939, Bakı – 22 oktyabr 2024) — Azərbaycan teatr aktyoru.
İosif Tkaç 1970-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib. 1997-ci ildən S. Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyir.
Teatrda işlədiyi müddətdə bir çox rollar oynayıb. Rolların arasında: Traktirşik (A. Ostrovski "Krasaves-mujçina"), Qulaməli (Hidayət "Mənzil"), Fuşe ("Napoleon I " F. Brukner), Selzdon (M. Freyn "Teatr"), Professor Əliquluzadə (Elçin "Poçt şöbəsində möcüzələr"), Yeger (Q. Qorin "Kral oyunları"), Padşax (Y. Çernyak "Vasilisa Prekrasnaya") kimi rolları qeyd etmək olar.
2024-cü ilin 22 oktyabr tarixində saat 21 radələrində həyat yoldaşı ilə birlikdə qətlə yetirilib.