Biography:
İmanov Abbasağa Həsənağa oğlu — Azərbaycan operatoru. Abbasağa İmanov 1946-cı il dekabr ayının 1-də Bakı şəhərində doğulub. 1973-cü ilə ADMİU-nun Mədəni maarif fakültəsini bitirib. 1966-cı ildən Azərbaycan televiziyasının əməkdaşıdır, operator vəzifəsində calışır. Ailəlidir iki övladı və dörd nəvəsi var. 2012-ci ildə Tərəqqi medalı ilə təltif edilib. Bir çox televiziya filimləri və tamaşalarının quruluşçu operatorudur. Dövlət əhəmiyyətli tədbirlərin işıqlandırılmasında böyük rolu olmuşdur.