Biography:
Azərbaycanlı müğənni, Azərbaycan Respublikasının xalq artisti (2006). Mübariz Hüseyn oğlu Tağıyev 31 yanvar 1948-ci ildə İrəvan şəhərində anadan olub. İrəvan şəhərində Axundov adına 9 saylı orta məktəbdə oxuyub. Peşəkar idmançı olaraq üzgüçülüklə məşğul olub.
Ermənistan Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. Sonralar Bakıda Rəşid Behbudovun rəhbərliyi ilə Mahnı Teatrında solist kimi çalışıb. 1985-ci ildən Azərbaycan Dövlət Teleradio Komitəsində Rafiq Babayevin rəhbərliyi ilə Estrada-simfonik orkestrinin solisti vəzifəsində işləyib.
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, 16 may 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına,14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Atası Hüseyn Tağıyev musiqiçidir, kamança ifaçısı olub. Anası Rübabə xanım Babayeva isə "Sovet Ermənistanı" qəzetində jurnalist vəzifəsində işləyib.
Mübariz Tağıyev iki dəfə ailəli olub. İkinci evlilikdən iki qızı var. M.Tağıyevin ikinci dəfə ailə qurduğu xanım rəqs müəlliməsidir