Biography:
Nəsimi Məmməd oğlu Əliyev 26 avqust 1973-cü ildə Bakı şəhərində anadan olub.
1990-cı ildə orta təhsilini bitirdikdən sonra rejissor köməkçisi kimi Dövlət televiziyasında əmək fəaliyyətinə başlayıb.
1993–1998-ci illər Ordu sıralarında qulluq edib.
1996–2000-ci illər ADMİU-nin rejissorluq fakültəsində təhsil alıb.
2004–2006-cı illərdə polşalı rejissor Kşıştov Zanussinin rəhbərliyi altında keçən İsveçrənin "AVANTİ" layihəsində işttirak edib və həmin layihənin sənədli filmlər bölməsinin qalibi olub.
2001–2007-ci illər "Lider" televiziyasında mədəniyyət proqramlarında rejissor işləyib.
2007-ci ildən "İctimai Televiziya və Radio Yayımları Şikətində" quruluşçu rejissor kimi çalışır.
22 iyul 2020-ci il Milli Mətbuat gününün 145 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.
2015–2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və "QN" Uşaq Kino Məktəbində rejissor sənəti üzrə dərs deyib.
Azərbaycan Kinemotoqrafçılar ittifaqının və peşəkar kinorejissorlar gildiyasının üzvüdür.