Biography:
Allahverdiyeva Ruhəngiz — Azərbaycan müğənnisi. Azərbaycan Respublikasının əməkdar artisti.
Ruhəngiz Allahverdiyeva orta məktəbini bitirdikdən sonra "Təranə gənclik" ansamblında müğənni kimi fəaliyyətə başlamışdır.
1973-cü ildən başlayaraq əvvəl Filarmoniyada, daha sonra isə "Azkonsert" qastrol birliyində "Lalə" qızlar ansamblının solisti olmuş, keçmiş SSRİ məkanının bir çox şəhərlərində, xarici dövlətlərdə, o cümlədən Türkiyədə, Almaniyada, Macarıstanda, Vyetnamda, Əfqanıstanda qastrol səfərində olmuş, Azərbaycan musiqi mədəniyyətini uğurla təmsil etmişdir.
1976-cı ildə Azərbaycanda keçirilən "İstedadlar axtarırıq" festivalının qalibidir.
Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin solistidir.15 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. 2 oğlu və bir qızı var.