Biography:
Mətləb Səfərağa oğlu Səfərli (Mətləb Səfərov) Sumqayıtda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb (1992-1996, Nəsir Sadıqzadənin kursu). Universitetin üçüncü kursunda oxuyarkən Bakı Kamera Teatrına dəvət olunub və orada çalışmağa başlayıb. Hazırda Sumqayıt Dövlət Dram Teatrının aktyorudur.