Biography:
Ülvi Həsənli (Ülvi Həsənov) Mərdəkanda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyorluğu" ixtisasında təhsil alıb (2006-2010). Orta məktəbdə ikən Mərdəkan Xalq teatrında Rəhman Əlizadənin quruluşu ilə tamaşalarda oynayıb. Universitet illərində Estrada Teatrında, "Simsar" teatrında, Vidadi Həsənovun "Azdrama"da açdığı teatr studiyasında fəaliyyət göstərib. Hazırda Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyət göstərir.