Biography:
Kərəm Əmiralı oğlu Hadızadə — Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru, «Fəxri Mədəniyyət İşçisi» döş nişanı ilə təltif olunmuşdur.
Kərəm Əmiralı oğlu Hadızadə 15 sentyabr 1965-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. Bir çox Beynəlxalq teatr festivallarında iştirak edib. 2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin «Fəxri Mədəniyyət İşçisi» döş nişanı ilə təltif olunmuşdur.
Dram və kino aktyorudur. Bir neçə televiziya filmində və reklamda çəkilmişdir. Evlidir.
6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.