Biography:
Rəzzaq Məmmədov (tam adı: Rəzzaq Qüdrət oğlu Məmmədov; 2 noyabr 1948, Port-İliç, Lənkəran rayonu – 3 may 2023) — azərbaycanlı aktyor. Rəzzaq Qüdrət oğlu Məmmədov 2 noyabr 1948-ci ildə Lənkəran rayonunun Liman qəsəbəsində anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Həmin ildən "Tədris Teatrı"nda aktyor kimi fəaliyyətə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub. Daha sonra təqaüdə çıxıb.
Rəzzaq Məmmədov 3 may 2023-cü ildə 74 yaşında Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.