Biography:
Tural Mahmud oğlu Əhməd Bakıda anadan olub. Azərbaycan İctimai-siyasi Universitetinin jurnalistika fakültəsində (2001-2005), Rüstəm İbrahimbəyovun Beynəlxalq kino məktəbinin kinoaktyorluq kursunda təhsil alıb. Böyük Britaniya istehsalı olan “Əli və Nino” (2015, rejissor Asif Kapadia) filmində çəkilib. 2015-ci ildən Bakı Bələdiyyə Teatrında çalışır.