Biography:
Azərbaycanlı rejissor, Azərbaycan Respubilkasının Əməkdar Mədəniyyət İşçisi.
Çingiz Həsənov 21 aprel 1965-ci ildə Füzulidə anadan olub. ADMİU-nun rejissorluq fakültəsinin (teatr kollektivinin rəhbəri) bitirib (1990). Ailəlidir, üç övladı var.
1989-cu il tarixindən C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında fəaliyyətə başlayıb (bədii filmlər).
1993-1997-ci illərdə könüllü olaraq Azərbaycan Respubilkasının suverenliyi uğurunda gedən vətən müharibəsi döyüşlərində iştirak etmiş, 1-ci Qarabağ müharibəsinin veteranıdır.
2000-ci ildən 2002-ci ilə kimi Azərbaycanfilm kinostudiyasının İstehsalat şöbəsində “Texnik”, 2002-ci ildən 2012-ci ilə kimi İstehsalt şöbəsində “Müdir” vəzifəsində çalışmışdır. 40-a yaxın filmdə 2-ci rejissor kimi fəaliyyət göstərmişdir.
2012-2019-cu illərdə Azərbaycanfilm kinostudiyasında bədii filmlərdə 2-ci rejissor olaraq fəaliyyət göstərmiş, 2019-cu il “Miras” filminə 2-ci rejissor kimi çalışmaq üçün Bakı Media Mərkəzindən dəvət almışdır. 2020-2021-ci illərdə Bakı Media Mərkəzində 70-ə yaxın layihədə çalışmışdır. 2022-ci il Azərbaycanfilm kinostudiyasında bədii filmdə işləmək üçün 2-ci rejissor kimi dəvət edilmişdir.
Cənab Prezident İlham Əliyev tərəfindən 02.08.2012-ci il tarixində Azərbaycan Respubilkasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüşdür.
Kinematoqrafçılar ittifaqının və Kinorejissorlar gildiyasının üzvüdür.