Biography:
Vəliəhd Vəliyev — Azərbaycan aktyoru.
20 yanvar 1952-ci ildə Azərbaycanın Daşkəsən şəhərində anadan olub. 1975–1979-cu ildə Moskvada ÜDKİ-nun Aktyorluq fakültəsində təhsil alıb. 1979-cu ildən "Azərbaycanfilm" kinostudiyasında filmlərdə çəkilir. Əsasən epizodik rolların ifaçısıdır. Ən yaddaqalanı "Evlənmək İstəyirəm" filmindəki Əhməd bəy obrazıdır.
Son 15 il müddətində Amerikanın Nyu-York şəhərində yaşayan Vəliəhd Vəliyev 10 sentyabr 2015-ci ildə vəfat etmişdir. ABŞ-də dəfn edilmişdir.