Biography:
Leonid Vladimiroviç Koretski (5 noyabr 1905 – 1967) — Azərbaycan kinooperatoru.
Leonid Vladimiroviç Koretski 5 noyabr 1905-ci ildə anadan olmuşdur.
1928-ci ildən kinoda operator köməkçisi, operator assistenti, operator, quraşdırılmış səhnə operatoru və operator kimi 30-a yaxın filmdə çalışmışdır. Kinojurnallar üçün yüzlərlə süjet çəkmişdir. Azərbaycan kinosunda fəaliyyət göstərmişdir. Müharibə illərində cəbhədə digər operatorlarla birgə süjetlər çəkmişdir.
15 dekabr 1967-ci ildə vəfat etmişdir.